Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni qanun Ermənistan ordusunu daha da məhv edəcək - Erməni ekspertlər

Yeni qanun Ermənistan ordusunu daha da məhv edəcək - Erməni ekspertlər

Tarix: 25 Avqust 2022 19:27

Ermənistanda pul ödənişi qarşılığında məcburi hərbi xidmətdən azad olmanı nəzərdə tutan qanun layihəsini təsdiqi birmənalı qarşılanmayıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, layihəyə əsasən, müddətli xidmətin başlanmasından dörd ay yarım sonra, hərbi hazırlıq mərhələsi başa çatdıqdan sonra hərbçi Ermənistanın dövlət büdcəsinə 24 milyon dram (60 min ABŞ dolları) ödəməklə vaxtından əvvəl məcburi hərbi xidmətdən azad oluna bilər.

Ermənistan parlamentindəki "Ermənistan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan layihə qəbul olunarsa, ölkədə sosial ədalət pozulacaq: "İmkanlı şəxslər orduda xidmətdən azad olunacaqlar. Mən varlanan insanların əleyhinə deyiləm. Axı biz onların ödədiyi vergilər sayəsində varıq. Amma belə insanlar çox azdır, qalanları isə bütün mülklərini satmağa, hərbi xidmətdən qurtulmağa çalışacaqlar. Hökumət müqaviləli hərbi xidməti sistemini inkişaf etdirmək istəyirsə, əmərəsiz xərclənən dövlət vəsatlərə qənaət etməlidir. Sıravi əsgərin ödəyə biləcəyi 24 milyon dramın hesabından ciddi pul yığılmayacaq. Bu gün təhlükəsizlik sektorundakı problemlər şəraitində belə addımlar atmağın vaxtı deyil. Əksinə, vətənpərvərlik ruhunun, hərbi-vətənpərvərlik tərbiyəsinin səviyyəsinin yüksəldilməsi istiqamətində çalışmaq, hər kəsin vətənə borcunu qaytarmasını təmin etmək lazımdır. Ölkəmizi fəlakətli vəziyyətə gətirdilər, uğursuzluqlar davam edəcək. Və bu vəziyyətdə hakimiyyət sakitcə məzuniyyətlərindən, ofislərindən, maaşlarından həzz alır, heç bir iş görmədən bonuslardan həzz alırlar".

Digər erməni general-polkovnik Movses Akopyan NEWS.am-a açıqlamasında layihənin onun üçün qəbuledilməz olduğunu bildirib. "Mənim münasibətim mənfidir, çünki hesab edirəm ki, sosial statusundan asılı olmayaraq hər kəs vətənə xidmət etməlidir".

"Bu, təkcə orduya deyil, ailələrə də mənfi təsir edəcək, çünki oğul atasına deyəcək: sən necə valideynsən ki, məni əsgərlikdən buraxmamısan, o valideyn getdi, getdi. kredit götürüb, oğlunu əsgərlikdən buraxıb".

Erməni deputat Qeqam Manukyan qeyd edib ki, 60 min dollarlıq "fidyə" ilə hərbi xidmətdən azad olmaq və erməni ordusunu fəhlə-kəndli ordusuna çevirmək ideyası qəbuledilməzdir".


Etiketlər:  Yeni qanun Ermənistan ordusunu daha məhv edəcək Erməni ekspertlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ