Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən məşhur ər-arvadı Milanda alış-verişdə - FOTO

Dünyanın ən məşhur ər-arvadı Milanda alış-verişdə - FOTO

Tarix: 26 Avqust 2022 13:30

Ötən həftə özlərinə təmtəraqli toy edən dünyaca məşhur Cennifer Lopez və Ben Afflek cütlüyü bal ayında İtaliyanın döyünən ürəyi Milan şəhərində alış-verişə çıxıblar.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Hollivud ulduzlarının hər addımlarını izdihamlı turistlər və paparassilərin izləməsi aşiqləri narahat etməyib.

Cey Lo nəfis görünüşü ilə diqqətləri üzərinə cəmləyib.

Pop ulduz "təpədən dırnağa" ağ geyinib. Ben isə cırıq cins şalvarda, mavi köynəkdə və ağ idman ayaqqabısında "casual" tərzi ilə göz oxşayıb.

Çəkilən fotoların birində Ben butikdə özünü saxlaya bilməyib əlini xanımının belinə qoyub. Cütlüyün sevgi dolu baxışları və davranışları görənlərin diqqətini çəkib.

Milli.Az


Etiketlər:  Dünyanın ən məşhur ər arvadı Milanda alış verişdə FOTO


RƏYLƏR