Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovdan püşkatmanın nəticələrinə reaksiya

Qurban Qurbanovdan püşkatmanın nəticələrinə reaksiya

Tarix: 26 Avqust 2022 18:36

"İddialı bir qrupa düşmüşük".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki püşkatmaya münasibət bildirərkən deyib.

50 yaşlı məşqçi bildirib ki, hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı var: "Frayburq" və "Nant" ilk "5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə illərdir ki, avrokuboklarda mübarizə aparır və iddialıdır. Rəqiblərlə yaxın günlərdə yaxından tanış olacağıq. Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq. Əgər hər bir rəqibə qalib gəlmək şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Maraqlı oyun üslubları izləyəcəyik".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"la (Fransa) qarşılaşacaq. Qrupda oyunlara sentyabrın 8-də start veriləcək.

Milli.Az


Etiketlər:  Qurban Qurbanovdan püşkatmanın nəticələrinə reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ