Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstan Prezidenti Mehriban Əliyevanı təbrik edib

Gürcüstan Prezidenti Mehriban Əliyevanı təbrik edib

Tarix: 26 Avqust 2022 18:48

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Sizi ad gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbrik edir, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfənizə görə Sizə təşəkkür etmək istərdim. Bizim sıx münasibətlərimiz ölkələrimiz arasında mövcud olan mehriban qonşuluq əlaqələrində də öz əksini tapır.

Siz Azərbaycanın inkişafı və güclənməsində xüsusilə vacib rol oynayırsınız. Sizin mədəniyyət və təhsil sahələrindəki səyləriniz və təşəbbüsləriniz bunun təcəssümüdür. Əminəm ki, bu nailiyyətlərin sayəsində gələcək nəsil özünün zəngin mədəniyyətini daha dərindən anlayacaq və qadın lider olaraq Siz gənc xanımlar üçün ilham mənbəyi olacaqsınız.

Zati-aliləri, bu əlamətdar gündə Sizə bir daha dərin ehtiramımı bildirir, ölkənizin dinc və firavan gələcəyinin təmin edilməsi işində uğurlar diləyirəm".

Milli.Az


Etiketlər:  Gürcüstan Prezidenti Mehriban Əliyevanı təbrik edib


RƏYLƏR