Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən gənc qadın baş nazir haqda İNANILMAZ FAKTLAR: anasının qadın sevgilisi ilə...

Ən gənc qadın baş nazir haqda İNANILMAZ FAKTLAR: anasının qadın sevgilisi ilə...

Tarix: 28 Avqust 2022 21:38

Çətin şəraitdə böyüdü, anasının qadın sevgilisi ilə birgə yaşadı, siyasət pilləkənlərini sürətlə qalxdı, amma...

Sanna Marin "ən gənc baş nazir" adı ilə gündəmə gəlmişdisə, indi əylənərkən çəkdirdiyi videolarla gündəmdən düşmür. Çətin şəraitdə böyüyən, siyasətə erkən qədəm qoyan və onun pilləkənlərini sürətlə qalxan Marinin siyasi gələcəyi indi çətin bir yolun astanasındadır.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Sanna Marin 2019-cu ildə 34 yaşında Finlandiya lideri seçilib.

O, 21 yaşında Sosial Demokrat Partiyasının gənclər təşkilatına daxil olub və qısa bir müddətə partiyanın sədr köməkçisi vəzifəsinə qədər yüksəlib. Tampere Bələdiyyə Şurası seçkilərinin ikincisində artıq Məclisə daxil olub, daha sonra bələdiyyə Məclisinin rəhbəri kimi siyasətdəki qətiyyətli addımlarını nümayiş etdirib.

2019-cu ildə millət vəkili olan Sanna Marin üçün baş nazirliyə yol açılır. Belə ki, həmin il ölkə daxilində başlayan tətil dalğasına görə istefa verən Antti Rinnenin yerinə Marin gətirilir. İlk olaraq koronavirus epidemiyası ilə mübarizə aparmalı olan Marin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Rusiyayla münasibətlərdə aydın xətt çəkir və ölkəsinin NATO-ya üzv qəbul olunması üçün qətiyyətli siyasət yürüdür.

Lakin həm də həyat yoldaşı və ana olan Marinin hərəkətləri tez-tez qalmaqala səbəb olur. Xüsusən də festivallarda dostları ilə birgə görünən Marinin geyimləri uzun müddət müzakirə mövzusu olur. Onun son olaraq dostları ilə rəqs edib mahnı oxuyarkən yayılan görüntüləri böyük səs-küy yaratdı. Bu görüntülərdən sonra Finlandiya baş nazirinin bağ evində öpüşən və çılpaq poza verən iki qadının fotosu yayımlandı. Bütün bunlardan sonra baş nazir Sanna Marin həmin fotonun onun rəsmi iqamətgahının hamamında çəkildiyini təsdiqlədi. "Məncə, o foto uyğun deyildi və buna görə üzr istəyirəm" - deyə Marin açıqlama verdi.

Açıqlama zamanı gözləri dolan Marin qeyd etmişdi: "Baş nazir olsam da, mən də bir insanam. Davranışımı dəyişməyəcəyəm. Təbii ki, diqqətli olmalıyam. Çünki mən hökuməti, ölkəmi təmsil edirəm. Amma yenə də mən insanam".

Marin narkotik istifadəçisi olması ilə bağlı fərziyələrə son qoymaq üçün test verib və nəticə neqativ çıxıb.

Marinin uşaqlığı və yeniyetməliyi çox çətin keçib. Hələ uşaq ikən valideynləri ayrılan Sanna Marin maddi çətinliklərlə böyüyüb. 15 yaşında yayda çörək sexində işləyir, orta məktəbdə jurnal paylayır, 20 yaşında isə kassir işləyir. Bir dəfə buna görə Estoniyanın sağçı Ekre Partiyasının rəhbəri Mart Helme onu aşağılamaq üçün "satıcı qız" ifadəsini işlətmişdi. Marin çox qısa müddətdə onun cavabını belə verir: "Ölkəmlə fəxr edirəm, kassir hətta baş nazir ola bilər".

Anası və onun qadın sevgilisi ilə böyüyən Marin həm də LGBT hüquqlarının tərəfdarıdır.


Etiketlər:  gənc qadın baş nazir haqda İNANILMAZ FAKTLAR anasının qadın sevgilisi ilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ