Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyunda üç gəlinlik geyindi, 80 min manatlıq hədiyyəsi ilə yadda qaldı - FOTO

Toyunda üç gəlinlik geyindi, 80 min manatlıq hədiyyəsi ilə yadda qaldı - FOTO

Tarix: 29 Avqust 2022 18:38

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Oğuzhan Koçla aktrisa Demet Özdəmirin toyu baş tutub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa gecədə üç gəlinlik geyinib. Özdemirin nikah gəlinliyi Eda Güngörün "Museum of Fine Clothing"dən olub. O, daha sonra Nihan Pekerdən olan gəlinliyi geyinib. Toyun əyləncə hissəsinə "Alexander Mc Queen" dəfiləsindən olan gəlinliklə qatılıb. Oğuzhan isə özəl günündə "Papillone" tərəfindən hazırlanmış smokin geyinib. 

Aktrisanın ən diqqət çəkən aksesuarı isə Oğuzahanın ona toy hədiyyəsi olaraq verdiyi 861 min lirə (təxminən 80 min 589 manat) dəyərindəki boyunbağı olub. Bu boyunbağı "Bvlgari" brendinin Türkiyədə olan yeganə kolleksiyası olub. 

Gecədə bir çox məşhur sima qonaq qismində iştirak edib. 


Etiketlər:  Toyunda üç gəlinlik geyindi manatlıq hədiyyəsi ilə yadda qaldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ