Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Psixi amillərin orqanizmə patoloji təsiri

Psixi amillərin orqanizmə patoloji təsiri

Tarix: 30 Avqust 2022 08:12

İnsanı digər canlılardan fərqləndirən əsas cəhətlərdən biri onun yüksək inkişaf etmiş ali sinir fəaliyyətinə və ikinci siqnal sisteminə malik olmasıdır. Qeyri-adi dərəcədə qıcıqlandırıcıların təsiri ilə ali sinir fəaliyyətinin həddindən artıq gərginləşməsi oyanma və ləngimə prosesləri arasındakı müvazinətın pozulmasına səbəb olur. Bunun nəticəsində inkişaf edən vegetativ dəyişikliklərlə əlaqədar olaraq müxtəlif orqan və sistemlərin fəaliyyəti pozulur. Bu pozulma nəticəsində aşağıdakılar baş verə bilir:
- arterial təzyiq yüksəlir
- tənəffüs sistemi pozulur
- koronar arteriyalarda spazm
- bağırsaqların funksiyasının pozulması.
Emosional stress nəticəsində yaranan patoloji dəyişikliklərə nevrogen və ya psixogen xəstəliklər deyilir. Psixi travma və zehni yorğunluq sinir sisteminin, orqanizmin mühafizəedici mexanizmlərini səfərbər etmək qabiliyyəti azalır, onun funksiyası pozulur. Bu zaman orqanizmin xarici mühit dəyişikliklərinə uyğunlaşma qabiliyyəti məhdudlaşır.
İnsana təsir göstərən amillər arasında söz qıcıqlarının özünəməxsus yeri vardır. Məlumdur ki, söz vasitəsilə fizioloji proseslərin gedişində dəyişiklik yaratmaq mümkündür. Bu yolla ürək fəaliyyətini artırmaq və azaltmaq, damarları daraltmaq və genişləndirmək, mədə sekresiyasını dəyişmək, maddələr mübadiləsini sürətləndirmək və hətta iltihab yaratmaq olur. Sözün yaratdığı emosional gərginlik vasitəsilə əmələ gələn psixi travma somatik funksiyalara təsir göstərir. Məsələn, bronxial astma və stenokardiya xəstəlik tutmaları bir neçə dəfə eyni şəraitdə baş verdikdən sonra, təkrarən həmin şəraitə düşən xəstə etialoji amillərin iştirakı olmadan da təkrarlana bilir. Bundan əlavə psixi travma nəticəsində bir çox xəstəliklərin gedişi sürətlənə bilir və prosesə ağırlaşmalar qoşulur.
Şad və faciəvi xəbər də psixi amil sayıla bilir. Belə ki, qəfil xəbər alan insanlarda psixi travmalara səbəb ola bilir. Belə ki, tibbi ədəbiyyatlarda çoxlu sayda qəfil xəbər alan adamların ölümü haqqında məlumatlar var.


Etiketlər:  Psixi amillərin orqanizmə patoloji təsiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ