Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 08:22
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Məmmədzadə 9-cu turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.
Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.
Ülviyyə Fətəliyeva lider Monika Soçko (Polşa) ilə heç-heçə edib. Səbinə İbrahimova isə Noqa Oriana (İsrail) qalib gəlib.
Bu nəticələrdən sonra Günay Məmmədzadə 7 xalla 2-ci, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 6,5 xalla 4-5-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva 6 xalla müvafiq olaraq 17-ci və 19-cu, Ləman Hacıyeva 5 xalla 33-cü və Səbinə İbrahimova 4 xalla 80-cidir.