Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 08:54
Bu müharibə Krım və Donbasda başlayıb, orada da Ukrayna ordusunun dövlət sərhədinə çıxması ilə başa çatmalıdır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
"2014-cü ildəki faciəvi hadisələri xatırlamaq üçün 29 avqustu anım günü kimi müəyyən etmişik. Bu müharibə Krım və Donbasda başlayıb, orada da Ukrayna ordusunun dövlət sərhədinə çıxması ilə başa çatmalıdır. Ukrayna bu məqsədi heç zaman unutmayıb" - deyə Zelenski qeyd edib.
"Əminəm ki nə baş verdiyini və nəyin uğrunda mübarizə apardığımızı bilirsiniz. Ukrayna öz ərazilərini qaytarır və qaytaracaq - Xarkovu, Luqanskı, Krımı, Xersonu və dəniz akvatoriyasını" - deyə Ukrayna prezidenti vurğulayıb.