Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 16:12
Münhen "Bavariya"sının futbolçuları bölgənin ənənəvi geyimində və əllərində pivə ilə şəkil çəkdiriblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, kadrlar klubun sosial şəbəkə hesablarında yayılıb.
Qeyd edək ki, belə fotolar hər il çəkilir. Lakin bu dəfə komandanın yeni üzvü Sadio Mane diqqət mərkəzinə düşüb. Münhen klubunun ulduz transferi müsəlman olduğu üçün əlində pivə olmadan şəkil çəkdirib.
Həmçinin, klubun daha bir yeni üzvü, müdafiəçi Nussayr Mazraui də müsəlmandır.
Qeyd edək ki, "Bavariya"da bənzər hallar əvvəllər də olub.
Məsələn, hələ 2006-cı ildə İslamı qəbul edən Frank Riberi əlində pivə olmadan fotolar çəkdirib.
Yeri gəlmişkən, "Bavariya"nın açıqlamasında oyunçuların əllərindəki pivənin spirtsiz olduğu vurğulanıb.