Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 ildə 9 dəfə... - Bağdaddakı xaosun memarı

9 ildə 9 dəfə... - Bağdaddakı xaosun memarı

Tarix: 1 Sentyabr 2022 08:38

İraqın nüfuzlu siyasi-dini liderlərindən olan "Sədr" hərəkatının lideri Müqtəda əs-Sədr 9 il ərzində dəfələrlə siyasətdən getdiyini açıqlasa da, hər dəfə qısa müddətdən sonra bir addım geri çəkildiyini açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, başda paytaxt Bağdad olmaqla İraqın bir çox şəhəri iki gündür Sədr tərəfdarlarının nümayişlərinə şahidlik edir.

Sədr avqustun 29-da siyasətdən tamamilə getdiyini elan etdikdən sonra tərəfdarları Bağdaddakı Yaşıl Zonada Prezident Sarayına və hökumətin binasına basqın ediblər. Təhlükəsizlik qüvvələri Yaşıl Zonanın müxtəlif nöqtələrinə atəş açaraq etirazçıları dağıdıb.

Nümayişçilər yalnız Sədrin çağırışından sonra geri çəkilib və Bağdadda həyat normallaşmağa başlayıb.

Bu, İrana soyuq münasibəti ilə tanınan Müqtəda əs-Sədrin son 9 ildə siyasətdən çəkilməklə bağlı 9-cu qərarı olub.

Sədr ilk dəfə 2013-cü ilin martında hökumətdən və parlamentdən çəkiləcəyini açıqlamışdı. O vaxt İraq parlamentini "zəif" adlandıran Sədr hökumətdə qalmağın zərərli olduğunu, düşmənçiliyi və günahı dəstəkləməklə bərabər tutulduğunu deyib.
Həmin dövrdə cəmi bir neçə ay siyasətdən uzaq olan Sədr 2013-cü ilin avqustunda yenidən siyasətə qayıdıb.

Sədr ikinci dəfə 2014-cü ilin fevralında siyasətdən getdiyini açıqlayıb. Hərəkat lideri ona məxsus bəzi media və ictimai əsaslı təşkilatları istisna olmaqla, ölkədəki bütün siyasi ofislərini bağlamaq qərarına gəlib. Amma tezliklə siyasətə qayıdan Sədr 2014-cü il aprelin 30-da seçkilərə qatılıb və "Əhrar" qrupu adı ilə 36 deputatla parlamentdə yer alıb.

Bir müddət sonra "Əhrar"ın bütün fəaliyyətini dayandıran Sədr bu dəfə 2016-cı ilin aprelində tərəfdarlarını küçələrdə nümayişə çağırıb. Müqtəda əs-Sədr o zaman həmçinin hədələmişdi ki, təhlükəsizlik qüvvələri nümayişlərin qarşısını almağa çalışsa, etirazların miqyası dəyişəcək.

2016-cı ildə Sədr növbəti dəfə tərəfdarlarını küçələrə çıxıb hökumətə qarşı nümayiş keçirməyə çağırıb. Həmin dövrdə Heydər əl-Abadi hökumətinə münasibətini açıq şəkildə göstərən Sədr ölkədə korrupsiya ilə məşğul olanların məsuliyyətə cəlb olunmasını və texnokrat hökumətin qurulmasını istəyirdi.

Milli.Az


Etiketlər:  ildə dəfə Bağdaddakı xaosun memarı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ