Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 10:02
İtaliya rəhbərliyi rusiyalı milyarder Vyaçeslav Kantorun 11 villasına həbs qoyub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın "L'Unione Sarda" nəşri yayıb.
Nəşr rusiyalı oliqarxın Sardiniya adasındakı daşınmaz əmlakına həbs qoyulduğunu vurğulayıb.
Bildirilir ki, burada söhbət əsas olaraq milyarderin əvvəllər İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin ailəsindən aldığı villalardan gedir.
Nəşr, həmçinin yazır ki, Ukraynadakı müharibə ilə əlaqədar Kantora qarşı sanksiyalar tətbiq edildikdən sonra Avropa Şurası cari ilin aprelində milyarderin aktivlərinə həbs qoyulması barədə göstəriş verib.
V.Kantora qarşı sanksiya tətbiq edilməzdən əvvəl rusiyalı oliqarx mineral gübrələr istehsal edən "Akron" şirkətinin sahibi olub. Onun sərvəti 4,6 milyard dollar olaraq qiymətləndirilirdi.
Bununla yanaşı, İtaliya nəşri Kantorun Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə sahib olduğunu qeyd edib.