Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruhun musiqi ilə müalicəsi

Ruhun musiqi ilə müalicəsi

Tarix: 1 Sentyabr 2022 23:03

Musiqi ilə müalicə necə meydana çıxmışdır?

Qədimdə ruhi xəstəliklərin müalicəsində musiqidən çox istifadə edirdilər.

Ruhi xəstəliklər zamanı musiqinin mümkün terapevtik müalicə effektləri haqqında ən qədim qeydlər Müqəddəs Kitabda, Bibliyada, Samuelin ilk kitabında yazılmışdır. Qeydlərin birində göstərilirdi:

Bir gün Saulun Ruhu Rəbbinin əmri ilə ondan ayrılır və həmin an şər qüvvələrin ruhu ona daxil olurlar. Saul sanki sınağa çəkilirdi. O, bu sıxıntıdan qurtara bilmirdi.   Günlərin birində Saulun necə əzab çəkdiyini görən xidmətçilərindən biri padşaha söylədi: "Biz qəzəbinizə hakim olan Şeytanın sizə necə əzab verdiyini görürük. Əgər Siz bizə arfa çalmağı bacaran bir adam tapmağı əmr etsəniz, arfa çalınan anda, orada ifa olunan musiqini eşidən kimi, şər qüvvələrin Sizin üzərinizə saldığı ağırlıq da yox olacaq və qəzəbli Ruh sizi tərk edəcəkdir".

Sonxeber.net ailehekimi.az-a istinadən bildirir ki, bunu eşidən padşah Saul xidmətçilərinə əmr etdi: "Dərhal belə bir adamı  axtarıb tapın və mənə gətirin".

O zaman Saulun xidmətçilərindən biri: "Mən Vifleyemin oğlu, İesseyin oğlunu tanıyıram və arfa çaldığını bilirəm. O, güclü və cəsur bir insandır. Rəbbini sevib, Ona ibadət edənlərdəndir "- deyə bildirdi.

Beləliklə, Davudu tapıb, Saulun yanına gətirirlər. Davud bir müddət padşaha xidmət edir. Saulun xidmətində olduğu zaman Davud ondan ötrü sanki hasarla hörülmüş bir çərçivə idi. Bütün gün Davud Saulu sakitləşdirən, səsi ona xoş təsir bağışlayan və onun sevə biləcəyi musiqiləri ifa edirdi.

Hər gün beləcə, Saul Davudun  arfada çaldığı musiqiləri dinləyərək, sakitləşirdi. Sanki qəzəbli Ruh Saulu musiqi dinlədikcə tərk edirdi.

(I Samuelin kitabı 16: 14-18 və 23).

"Saul Davudun musiqisini dinləyir" əsərində də İsveçli rəssam Ernst Yosefson, gənc Davudun arfada ifası ilə padşahı - Saulu əzabdan qurtarmasını, onun sakitləşməsini təsvir etmişdir. Ernst Yousefsonun Saula həsr etdiyi təsvir şər qüvvələrin insanlara təsiri, eyni zamanda insanları onlarla mübarizəyə çağıran, onları məhv etməyə çalışan, başqa sözlə, xeyirin şər üzərində mübarizəsini əks etdirən bir  hekayəni canlandırır.

Ernst Yousefson yuxarıda qeyd edilən "Saul Davudun musiqisini dinləyir" (1878) , adlı rəsm əsərində musiqinin insanın sinir sisteminə bir məlhəm olmasını əks etdirə bilmişdir. Rəsm əsərindən  göründüyü kimi taxta çərçivəyə salınmış və  müxtəlif naxışlarla boyanmış simli musiqi aləti - arfa o dövrdə var idi.

Samuelin kitabı Miladdan əvvəl onuncu əsrdə yazılmışdır. O zaman tibb hələ bir elm kimi kifayət qədər formalaşmamış, demək olar ki, tam mövcud olmamışdır, belə bir dövrdə Samuelin yazdığı kitab daha çox şamanları xatırladan rituallara malik idi. Odur ki, qəzəbli Ruh mövcud olmuşdurmu? Yaxud İsrailin ilk padşahı fiziki və ya mənəvi əzab çəkmişdirmi? Və ya O, ruhi xəstə idimi? kimi  suallar haqqında dəqiq mülahizə yürütmək çətindir. Deyilənlərin belə olub-olmadığı barədə dəqiq bir fikir söyləmək qeyri-mümkündür.

İsrailin ilk padşahı olan Saul haqqındakı  hekayədə sonralar onu taxtda əvəz edən Vifleyem çobanı, keçmiş xidmətçisini öldürdükdən sonra özü intihar etdiyindən (özünü qılıncla vurmaq) yəqin ki, onun ruhi xəstə olması haqqında demişdir .

Davudun Saul qarşısında arfada necə ifa etdiyini təsvir edən bütün rəsmlərdən göründüyü kimi, yuxarıdakı şəkil ruhlar ilə təmasda olduğunu iddia edən bir sənətçi Ernst Yosefson (İsveçrəli Ernst Josephson, 1851-1906) tərəfindən yaradılmış və daha sonra o, bunu şizofreniya adlandırılmışdı, belə ki, "demans precox" (latıncadan tərcümədə praecox - "erkən əqli zəiflik") deməkdir.

Şübhəsiz ki, sənətkar Saulun ağrılı təsvirində onun xüsusi xəstəliyə malik olmasını göstərmək istəmişdir. Lakin bəlkə də bu belə olmamışdır.

Belə ki, rəsm əsəri  1878-ci ildə hazırlanmışdır. Qeyd edilir ki, 10 il sonra, 1888-ci ildə sənətkarın özündə hallüsinasiyalar başlamışdır. Başlanğıc dövrdə hallüsinasiyalar dini xarakterli olmuşdur, belə ki, Ernst özünü Məsih kimi təsəvvür edirdi. Bir müddətdən  sonra Yousefson xəstəxanaya yerləşdirilərək bir neçə aylıq müalicə almağa başlamışdır. O dövrdə antipsixotik dərmanlar olmadığından xəstəlik kiçik intervallarla davam etmiş və yüngül keçmişdir. Həmin dövrdə həkimlər sənətkarda xəstəliyin əmələ gəlməsini bir neçə səbəblə: həm sifilis keçirməsi,  həm gənc yaşlarında doğmalarını (atasını, bacısını, 30 yaşında olarkən anasını) itirməsi,  yoxsulluq, sevgi həyatında və peşə fəaliyyətindəki bir sıra uğursuzluqlar, İsveç Milli Muzeyi tərəfindən onun "İnsanların hökmranlığı" və "Dəniz Ruhu" (İsveç dilində "Strömkarlen") adlı ekspozisiyalarının qəbul edilməməsi ilə bağlayırdılar. Rəssam 1906-cı ildə vəfat etmişdir. Onun bu dövrə aid olan əsərləri məhz onun xəstəliyi ilə əlaqədar olub,  şizofreniyanı əks etdirməklə, bəlkə də, Şah Saulu da öz təcrübələrinə əsaslanıb daha yaxşı təsvir etməyə imkan vermişdir.
Onun Saulu əks etdirən digər illüstrasiyaları da bundan xəbər verir.


Etiketlər:  Ruhun musiqi ilə müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ