Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fənərbağça” rəsmisindən Ronaldu iddiası ilə bağlı AÇIQLAMA

“Fənərbağça” rəsmisindən Ronaldu iddiası ilə bağlı AÇIQLAMA

Tarix: 2 Sentyabr 2022 07:32

Türkiyənin "Fənərbağça" klubunun İdarə Heyətinin üzvü Səlahəddin Baki "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldunun İstanbul klubuna keçə biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, klub rəsmisi bunun həqiqətə uyğun olmadığını bildirib.

"Bu, son zamanlar eşitdiyim ən böyük yalandır" - Baki "Sport Express"ə açıqlamasında qeyd edib.

Qeyd edək ki, Türkiyə mətbuatı 37 yaşlı forvardın Türkiyə klubuna keçə biləcəyini yazıb və "Fənərbağça"nın portuqaliyalının transferi üzərində çalışdığını qeyd edib.

İddialara görə, Ronaldu artıq klubla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Onun həmyerlisi, "Fənərbağça"nın baş məşqçisi Xorxe Jesus portuqaliyalı ilə şəxsən danışıb. O, futbolçunu transferə razı salıb.

Milli.Az


Etiketlər:  Fənərbağça rəsmisindən Ronaldu iddiası ilə bağlı AÇIQLAMA


RƏYLƏR