Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:33
Qoxu qədim zamanlardan insanların həyatında mühüm rol oynamışdır. Qədim zamanlardan insanlar qoxulardan əhval-ruhiyyəni yüksəltmək üçün istifadə etmişlər. Yüz illərin təcrübələrinə əsaslanaraq insanlar müxtəlif bitkilərdən müalicə vasitəsi kimi istifadə etmiş, ətirlər düzəltmişlər. Hətta bəzi əlyazmalarda bəzi qadınların ətirli bitkiləri torbaya yığıb, boyunlarından asdıqları barədə yazılara rast gəlmək olur. Qədimdə əttarlar belə hesab etmişlər ki, gözəl qoxularla nəfəs almaq ciyəri, əsəb sistemini, beyni təmizləyir və möhkəmləndirir. Müasir dünyada da ətir hazlrlamaq üzrə mütəxəssislər düzəltdikləri ətirlərin insan üzərində təsiri olduğunu qeyd edirlər. Onlar hər gülün, hər çiçəyin, hər qoxunun bir məna kəsb elədiyini anlayır və sirlərini araşdırırlar.
Ətriyyatın vətəni qədim Misir sayılır. Qədimdə Misirlilərin məbədə getdikləri zaman ətriyyatdan istifadə etdiyi söylənilir. Misirlilər məbədə gedən zaman dualarının qəbul olması üçün ətirli çiçəklərlə, xoş maddələrlə ətirlənmişlər. Onlar bu yolla məbəddəkilərə xoş təsir bağışlamağa çalışmışlar.
Ətirlərin insana necə təsir etdiyinin şahidi olmaq istəyirsinizsə, bunlara əməl edin və nəticəsini görün:
1. Xoş ətirli güllərdən balaca yastıq düzəldib başınızın altına qoyub yatdıqda, baş ağrısı və yorğunluq hissi azalır.
2. Eyni miqdarda dəfnə yarpağı və ayıdöşəyindən hazırlanan yastıq sakit və rahat yuxuya səbəb olur.
3. Eyni miqdar dəfnə yarpağı, ayıdöşəyi və mayaotundan hazırlanan yastıq əsəb sistemini sakitləşdirməklə bərabər yuxunu da dərinləşdirir.
4. Dəfnə yarağı iyləmək beyində olan zehni yorğunluğu aradan qaldırır.
5. Evkaliptin ətri bədəni möhkəmləndirir, ağciyəri soyuqdəymədən qorumaqda kömək edir.
6. İş zamanı nanə iyləmək yorğunluğu aradan qaldırır.
7. Halsızlıq zamanı ayıdöşəyinin yarpağı və gülünü iyləmək faydalıdır.
8. İbn Sina öz əsərlərində təzə çobanyastığı çiçəyi ətrinin yuxugətirici təsirə malik olduğunu yazmışdır.
9. Kəklikotu ətrinin insana xoş əhval-ruhiyyə bəxş etdiyi söylənilir.
10. Ürək fəaliyyətini yaxşılaşdırmaq üçün heyva iyləməkdə fayda var.