Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 yaşlı qız babasını öldürdü

16 yaşlı qız babasını öldürdü

Tarix: 3 Sentyabr 2022 15:28

Sonxeber.net bildirir ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, 16 yaşlı moskvalı qız babası ilə mübahisə edərək onu öldürüb.

"2022-ci il avqustun 31-də axşam saatlarında Moskvanın Radujnaya küçəsində yerləşən yaşayış binasının mənzilində baş və gövdəsi üzərində çoxsaylı bıçaq xəsarətləri şəklində zorakılıqla ölüm izləri olan 85 yaşlı kişinin meyiti tapılıb", - hesabatda deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik kameralarını araşdırıb, şahidləri dindirib və günün hadisələrinin xronologiyasını yenidən qurublar. Nəticədə mərhumun nəvəsinin qətlində əlinin olması müəyyən edilib. 16 yaşlı qız dindirilmələr zamanı günahını etiraf edib və peşman olduğunu bildirib. İstintaq orqanının məlumatına görə, o, cinayəti məişət zəminində yaranmış mübahisə zamanı törətdiyini bildirib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl, yəni başqa şəxsi qəsdən öldürmə") ilə cinayət işi başlanıb. İstintaq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyi planlaşdırır.

İrfan Vəliyev


Etiketlər:  yaşlı qız babasını öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ