Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hicablı məktəbli dərsə buraxılmadı - VİDEO

Hicablı məktəbli dərsə buraxılmadı - VİDEO

Tarix: 3 Sentyabr 2022 17:18

Tümendəki 88 saylı məktəbin direktoru hicablı şagirdi dərsə buraxmaqdan imtina edib.

Hadisə sentyabrın 2-də baş verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məktəbli qızın anası tərəfindən çəkilmiş video mətbuatda yayılıb.

Şagird yalnız valideyni ilə məktəb rəhbərliyi arasındakı münaqişədən sonra dərsə buraxılıb.

Təhsil müəssisəsinin rəhbəri qızın anasından məktəbi tərk etməyi tələb edib və polisə zəng etməklə hədələyib.

Uşağın atası dərsdən sonra hadisəni məktəb rəhbərliyi ilə müzakirə etməyə çalışdığını, lakin heç kimin onunla danışmadığını, hamının məşğul olduğunu deyib.

Kazanlı hüquqşünas Ruslan Nağıyev hadisəni şərh edərək qeyd edib ki, direktorun bu cür davranışı "dini və milli mənsubiyyətindən asılı olmayaraq, istisnasız olaraq təhsil almaq hüququnu təmin edən" Konstitusiya haqqını və dini etiqad azadlığı hüququnu pozur.


Etiketlər:  Hicablı məktəbli dərsə buraxılmadı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ