Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəfiqə Nağıyeva ƏSƏBİLƏŞDİ: ''Oxumaqdan çox qondarma ''fiqur''larını nümayiş edirlər'' - VİDEO

Şəfiqə Nağıyeva ƏSƏBİLƏŞDİ: ''Oxumaqdan çox qondarma ''fiqur''larını nümayiş edirlər'' - VİDEO

Tarix: 4 Sentyabr 2022 18:10

"Hərdən o səhnə adamı səhnədə elə iyrənc hərəkətlər edir ki,... Oxumaqdan çox arxasını, onünü fırladır. Bunlar isə insanın xoşuna gəlmir".

Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri ekspert qismində "Elgizlə izlə" ictimai-sosial verilişdə iştirak edən vəkil Şəfiqə Nağıyeva deyib.

Vəkil bəzi müğənnilərin səhnədə oxumaqdan çox öz bədən quruluşlarını nümayiş etmələrinə əsəbiləşib.

"Səhnə bir müğənninin xoşaqəlməz hərəkətlər etməsini sevmir. Gedirlər özündən yalandan, qondarma "fiqur" (bədən quruluşu - red.) düzəldirlər, sonra da çıxırlar səhnəyə özlərini nümayiş edirlər. Səs qalır kənarda. Başlayır özünü önə və arxaya fırlatmağa. Müğənni gözəl səsi və əməlini nümayiş etdiməlidir. Onlar etdikləri isə gözəllik deyil. Onların etdikləri çox iyrənc bir şeydir. Oxumaqdan çox oynayırlar" - deyə Ş.Nağıyeva bildirib.


Etiketlər:  Şəfiqə Nağıyeva ƏSƏBİLƏŞDİ Oxumaqdan çox qondarma fiqurlarını nümayiş edirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ