Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırıb

İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırıb

Tarix: 4 Sentyabr 2022 22:22

İran dünya nizamına təhlükədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Almaniyaya səfəri zamanı İsrail Prezidenti İsxak Hersoq deyib.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerə müraciət edən Hersoq, deyib ki, nifrət qüvvələri ilk növbədə İrandan gəlir.

"İran açıq şəkildə İsraili məhv etməyə çalışır və dünya ictimaiyyəti onunla ciddi və sərt davranmalıdır", - deyə İsrail Prezidenti vurğulayıb

Hersoq İran hakimiyyətinin etibarlı olmadığına inandığını bildirib.

"İran sübut etdi ki, ona etibar etmək olmaz. Bu ölkə dünya düzəninə təhdiddir",- deyə Hersoq bildirib.

İsrail prezidenti vurğulayıb ki, ölkəsi ərazi bütövlüyünə dair təhdidləri qəbul etmir. Hersoq bildirib ki, İsrailin müttəfiqləri bundan sonra onun arxasında möhkəm dayanmalıdır.

Milli.Az


Etiketlər:  İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ