Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2022 22:48
Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması bir sıra hallarda mümkündür.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisinin fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda, vergiödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir.
Qeyd olunub ki, vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir. Uçot məlumatları əsasında müvafiq icra hakimiyyəti orqanı vergiödəyicilərinin vahid dövlət reyestrini bu Məcəlləyə müvafiq olaraq aparır.
Vergiödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. Vahid dövlət reyestri isə kağız və ya elektron yazıları formasında aparılmalıdır.