Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 07:30
Ukrayna Prezidenti Vladimir Zelenski ordunun bir sıra ərazilərdə irəlilədiyini elan edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski ənənəvi axşam videomüraciətində bildirib.
"Bu gün Donetsk vilayətində nəticəni təmin edən 103-cü Terod Müdafiə Briqadasının 63-cü batalyonunun əsgərlərinə təşəkkür etmək istərdim. Qəsəbə azad edildi. Lisiçansk - Seversk istiqamətində müəyyən yüksəkliklər tutulub",- deyə Zelenski bildirib.
Onun sözlərinə görə, cənubda iki yaşayış məntəqəsi azad edilib.
Ukrayna mediasının yazdığına görə, Cənubda Xerson vilayətinin Vısokopolye kəndi azad edilib.