Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Noyabrda Azərbaycanla sülh sazişi imzalana bilər” - Erməni politoloq

“Noyabrda Azərbaycanla sülh sazişi imzalana bilər” - Erməni politoloq

Tarix: 5 Sentyabr 2022 12:52

"Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə ölkənin Xarici İşlər Nazirliyində Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanmasına hazırlıqla məşğul olan İşçi Qrup yaradılıb".

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən erməni politoloq Andranik Ovannisyan öz teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu prosesdə iştirak edir.

O bildirib ki, sözügedən sazişin imzalanması tarixi ilə bağlı dəqiq məlumat olmasa da, saziş cari ilin noyabrında baş tuta bilər.

"Əldə olan məlumata görə, sənədin hazırkı nümunəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və Ermənistan və Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının açılması qeyd olunur", - deyə Ovannisyan qeyd edib.


Etiketlər:  Noyabrda Azərbaycanla sülh sazişi imzalana bilər Erməni politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ