Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 17:50
ABŞ-da polis uşaq bağçasından qaçan beş yaşlı oğlana 275 min dollar ödəyəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, azyaşlı 14 yanvar 2020-ci ildə Merilend ştatında iki polis məmuru tərəfindən küçədə saxlanılıb. Məlum olub ki, bağçada münaqişə zamanı uşaq qrup yoldaşının və müəllimənin üzərinə taxta parçası ataraq müəssisədən qaçıb.
Polis onu qolundan tutaraq maşına sürükləyib. Oğlan getmək istəmədiyini qışqıraraq ağlamağa başlayıb.
Onu patrul maşını ilə yenidən müəssisəyə aparıblar. Orada administratorun iştirakı ilə polis ağlayan uşağı kresloya sıxaraq onu döyməklə hədələyib. Digər hüquq-mühafizə orqanı əməkdaşı isə uşağın əllərini buraraq qandallayıb.
Zərərçəkənin anasının vəkilləri hesab ediblər ki, polis beş yaşlı uşağa qarşı zorakılıq edib. Onunla kriminal şəxs kimi davranıblar.
Beləliklə də, məhkəmə uşağa 275 min dollar ödənilməsinə qərar verib. Bu pul həddi-büluğa çatana qədər ounn hesabında qalacaq. Yalnız yetkinlik yaşına çatdıqdan sonra oğlan vəsaitdən yaylana biləcək.