Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 14:38
Müharibənin altı ayı ərzində Rusiya yanacaq ixracından 158 milyard avro qazanıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə müstəqil beynəlxalq təşkilat olan Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) məlumat yayıb.
Bildirilib ki, qazancın 54 %-i və ya təxminən 85 milyard avrosu Avropa İttifaqı ölkələrinin payına düşür. Bu baxımdan Rusiyaya ən çox xeyir verən ölkələr Çin (12,6 mlrd), Almaniya (12,2 mlrd), İtaliya (7,9 mlrd), Niderland (7,8 mlrd) və Türkiyədir (6,8 mlrd).
Hesablama fevralın 24-dən avqustun 24-dək olan dövrü əhatə edir.