Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Türkiyəni hədələdi

Fransa Türkiyəni hədələdi

Tarix: 6 Sentyabr 2022 21:57

"Yunanıstan və Kiprin milli suverenliklərinə təhdid yaranarsa, Fransa onların yanında olacaq".

Sonxeber.net bildirir ki, Fransanın xarici işlər naziri Katrin Kolonna Afinada Yunanıstan XİN-nin başçısı Nikos Dendiasla danışıqlardan sonra deyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunan hərbçilərin Egey dənizində Türkiyə Hərbi-Hava Qüvvələrinin F-16 qırıcılarına qarşı təxribatlarına son qoyulmasını tələb etmişdi. O, Ankaranın belə təxribatlara cavabının sərt ola biləcəyini bəyan edib.

"Mənim anlatdıqlarım nağıl deyil. Bir gecə xəbərsiz olaraq gələ bilərik deyiriksə, nə dedim? Deməli vaxtı, zamanı gələndə bir gecə qəfildən gələ bilərik.

Son zamanlar ölkəmizə qarşı təzyiq və təkəbbürünü gücləndirən Yunanıstanı bir daha xatırlatmaq istəyirəm. Yunanıstan siyasi, iqtisadi və hərbi münasibətlərdə bizimlə bərabər deyil, ona görə də düşmənimiz deyil", - Ərdoğan deyib.


Etiketlər:  Fransa Türkiyəni hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ