Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhriyardan Oksana ilə ayrılmaları haqda ilk açıqlama

Şəhriyardan Oksana ilə ayrılmaları haqda ilk açıqlama

Tarix: 7 Sentyabr 2022 13:45

Xəbər verdiyimiz kimi, rəqqasə-aktrisa Oksana Rəsulova aparıcı Şəhriyar Əbilovla ayrıldığını açıqlayıb.

Məsələ ilə bağlı Şəhriyyar axşam.az-a açıqlama verib. O bildirib ki, ailə münasibətlərini saxlamağa çalışsalar da alınmayıb:

"Bəzi şeyləri yaşamadan bilmirsən. Burada hiss, harmoniya var... Oksananın dediklərinin arxasındayam. İndi də övladımız üçün münasibətimizi davam etdirirk. Biz əvvəlki kimi dostuq".

Şəhriyar "Açıqlamada yer alıb ki, ayrılıq bir il əvvəl olub. Deməli, siz münasibətinizi açıqlayanda artıq ayrılmışdınız" sualına belə cavab verib:

"Biz bir neçə dəfə buna cəhd etdik. Sonra gördük ki, alınmır və ayrılmağa qərar verdik".

Qeyd edək ki, cütlük ötən il evli olduğunu açıqlamışdı. Oksana daha əvvəl ailəli olsa da, bu, Şəhriyarın ilk nikahı idi. Oksana övladı Osmanın atasının da Şəhriyar olduğunu açıqlayıb. 


Etiketlər:  Şəhriyardan Oksana ilə ayrılmaları haqda açıqlama


RƏYLƏR