Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazilə Səfərli BNA və DYP-ni tənqid etdi - VİDEO

Nazilə Səfərli BNA və DYP-ni tənqid etdi - VİDEO

Tarix: 7 Sentyabr 2022 15:00

Şairə Nazilə Səfərli yenə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, "Instagram" hesabındakı paylaşdığı hekayələrdə şəhərin tıxaclarından xeyli gileylənib. 

N. Səfərli Bakı Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisinin ünvanına tənqidlər yağdırıb: 

"Şəhərin bu yerində - sağda aviakassa, solda çay fabriki. Şəhərin bu yerində işıqfor xarab olar? İşıqforun işləməməyi görün, nə qədər qəza şəraiti yaradır. Görün, nə qədər problem yaşadırsınız bizə...

Mövsüm indi gəlib ey, uşaqlar indi tətildən gəlib. Hara baxırsınız, ay yol işinə baxanlar? Ağzımı açdıracaqsınız indi. Gör, xalq, camaat nə gündədir...

Yağış yağıb bir yandan, işıqfor işləmir bir yandan. Avtobuslar da Allah göstərməsin, damımıza dırmaşırlar.

"28 May" metrostansiyasından bir azdan "Port Baku"ya yaxınlaşıram. Ora qədər bir dənə yol polisi yoxdur. Neyləyirsiniz? Nə işlə məşğulsunuz? Başqa vaxt gözümüzü deşirsiniz. Hardasınız yağış yağanda? Hamınız yoxa çıxmısınız". 


Etiketlər:  Nazilə Səfərli tənqid etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ