Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpüdən yıxıldı, köməyə gələn olmadı - VİDEO

Körpüdən yıxıldı, köməyə gələn olmadı - VİDEO

Tarix: 8 Sentyabr 2022 17:58

Rusiyada Voloqdada yeniyetmə hündürlükdən yıxılıb, lakin onlarla insan dostunun kömək istəyinə məhəl qoymayıb.

Sonxeber.net bildirir ki, hadisənin videosunu Spv.ru portalı dərc edib.

Ortaya çıxan görüntülərdə iki gəncin dəmir yolu körpüsündən keçdiyi görünüb. Yeniyetmələrdən biri oynamağa başlayıb və körpünün məhəccərindən asılıb. Bir anda müvazinətini itirib və yıxılıb. Bundan sonra dostu uzun müddət kömək istəmək üçün gələn maşınları saxlamağa çalışıb, lakin onlarla maşından yalnız biri dayanıb və yeniyetmə ilə qısa söhbətdən sonra sürücü dərhal oradan uzaqlaşıb. Yıxılanın dostunun kömək istəmək üçün yolun kənarına çıxmaq cəhdləri də nəticəsiz qalıb.

Nəticədə zərərçəkənin dostu yolun qarşısına qaçaraq yoldan keçəndən kömək istəyib.

"Vesti Voloqda" portalının məlumatına görə, yıxılan yeniyetmə reanimasiyaya aparılıb, həkimlər onun həyatı üçün mübarizə aparırlar.

İrfan Vəliyev


Etiketlər:  Körpüdən yıxıldı köməyə gələn olmadı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ