Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 18:14
Builki qəbul imtahanlarında uğur qazanmış ən gənc tələbə Əsmər Məmmədovadır. O, 15 yaşında tələbə olmağı bacarıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,Əsmər orta məktəbə də həmyaşıdlarından erkən başlayıb. O, hələ 4 yaşı olanda birinci sinfə gedib. Yaşının az olmasına baxmayaraq, bu illərdə çətinlik çəkmədiyini, əksinə, oxumağa daha həvəsli olduğunu deyir.
Qəbul imtahanlarinda 472 bal toplayan Əsmər Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya müəllimliyi ixtisasina qəbul olub. O, müəllim ailəsində böyüdüyündən özü də müəllim olmaq istəyir.
Məmmədovlar ailəsi bu il ikiqat sevinc yaşayır. Ailənin iki övladı tələbə adını qazanıb.
Qeyd edək ki, bu il ən gənc tələbənin 15, ən yaşlısının isə 50 yaşı var.