Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarkanın konsert verəcəyi səhnə aşıb - VİDEO

Tarkanın konsert verəcəyi səhnə aşıb - VİDEO

Tarix: 8 Sentyabr 2022 20:05

Türkiyəli müğənni Tarkanın sentyabrın 9-da İzmirin Qurtuluşunun 100 illiyi münasibətiylə Gündoğdu meydanında baş tutacaq konserti üçün hazırlanan səhnə aşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində səhnədə çalışan işçilər panellərin arasında qalıb.

Meydana gələn xilasetmə xidməti yaralıların çıxarılması işlərinə başlayıb.

Məlumata görə, artıq bir neçə şəxs xəstəxanaya çatıdırılıb.

Qeyd edək ki, Tarkanın pərəstişkarları biletsiz keçiriləcək konserti izləmək üçün meydanın ətrafındakı evlərin eyvanlarını 500 dollara, ətrafdakı balıqçı qayıqlarını isə 8 min lirəyə icarəyə götürmüşdülər.

Milli.Az


Etiketlər:  Tarkanın konsert verəcəyi səhnə aşıb VİDEO


RƏYLƏR