Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Detektiv bürclər - Kimlər bütün sirləri aşkara çıxarmağı bacarır?

Detektiv bürclər - Kimlər bütün sirləri aşkara çıxarmağı bacarır?

Tarix: 9 Sentyabr 2022 01:45

Bəzi bürclər var ki, onları Şerlok Holms və ya Erkül Puaro ilə müqayisə etmək olar. Çünki onlar sirləri aşkar etməkdə və gizlinləri ortaya çıxarmaqda mahirdirlər. Bu insanların bürclərinin yaratdığı xarakterləri onları ideal dedektivə çevirir. 

Milli.Az bizim media-ya istinadən detektiv bürclərin siyahısını təqdim edir: 

1. Əqrəb 

Onların olduqca güclü intuisiyaları var. Əqrəblər bu özəllikləri sayəsində bütün sirləri gün üzünə çıxarmağa qadirdirlər. Onlar gizli qalmış nəyisə hiss etdikdə dərhal onun izinə düşürlər. Sirli hadisələr onlarda böyük maraq oyadır. Əqrəbələrə yalan danışmaq və onları aldatmaq çətindir, çünki onlar bunu dərhal hiss edirlər.  

2. Əkizlər 

Onlar zəki, eyni zamanda hər şeylə maraqlanan insanlardır. Araşdırmaqdan, hadisələri, insanları sorğulamaqdan zövq alırlar. Yüksək ünsiyyət qabiliyyəti sayəsində bütün çətinliklərin öhdəsindən gələ bilirlər. Sosial bacarıqları yaxşı inkişaf edib. Onlar nəyi harada tapacaqlarını da yaxşı bilirlər. Analiz qabiliyyətlərinin yüksək olması onları uğurlu dedektivə çevirir. 

3. Qız 

Qızlar həddən artıq diqqətli və səliqəli insanlardır. Ən xırda detallar belə onların nəzərindən qaçmır. Qəliz problemlərin həlli lazım olduqda ilk ağlagələn insanlar məhz onlardır. Çünki onlar araşdırma və analiz məsələlərində olduqca diqqətlidirlər. Qızların dərin bilgi sahibi olmaları onları ideal dedektivə çevirir. 

4. Oxatan 

Oxatanaların bitmək bilməyən macəra sevdası və yeni şeylər öyrənmək hərisliyi hər kəsə bəllidir. Sirləri aşkar etmək və dedektiv kimi macəralara atılmaq onların temperamentinə tamamilə uyğundur. Maraq duyğusu oxatanların bu işdə yardımına gəlir. Normal halda diqqətləri olduqca dağınıq olan oxatanlar macəraya atıldıqda qərarlı, diqqətcil və səbirli insana çevrilirlər. 

5. Buğa 

Buğaların ən səbirli və qərarlı bürclər siyahısında ilk sırada olduqları bəllidir. Eyni zamanda onlar sevdikləri işlə məşğul olarkən çalışqan insana çevrilirlər. Əgər nəyisə aşkara çıxarmaq onlar üçün vacibdirsə, buğalar buna mütləq nail olacaqlar. Onlar dayanmadan çalışıb, səbrlə bütün detalları analiz edirlər. Eyni zamanda buğalar insanları tanımaqda da mahirdirlər. Bu özəlliklərin dedektiv olmaqda rolu isə danılmazdır. 

Milli.Az


Etiketlər:  Detektiv bürclər Kimlər bütün sirləri aşkara çıxarmağı bacarır


RƏYLƏR