Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarədə qadağanı pozdu, reysdən qovuldu

Təyyarədə qadağanı pozdu, reysdən qovuldu

Tarix: 10 Sentyabr 2022 06:32

Baliyə uçan "Jetstar" sərnişini təyyarədə siqaret çəkməyə qərar verdikdən sonra uçuşdan qovulub.

Milli.Az bildirir ki, qadağaları pozan adamı videoya çəkib TikTok-da paylaşıblar, "New York Post" xəbər verib.

Qeyd olunur ki, Melburn-Bali reysi təyyarədə siqaret çəkərək uçuşdan əvvəl vaxt keçirməyə qərar verən sərnişinə görə gecikib. Səyahət yoldaşları qəzəbləniblər ki, kişinin pis vərdişi üzündən bir neçə saat uçuş gözləməli olublar. Onların sözlərinə görə, əvvəlcə reys gecikib, daha sonra turistlər polisin qaydanı pozan şəxsi təyyarədən çıxarmasını gözləyiblər.

Videonun müəllifi bildirib ki, o, Baliyə yola düşməzdən əvvəl ən azı dörd saat təyyarədə oturub. "Bu oğlan uçuşun gecikməsinin təyyarədə siqaret çəkə biləcəyi anlamına gəldiyini düşünür", - deyə videonun altında yazıb. "İndi Balidə tətil görməyəcək".

"Jetstar"ın sözçüsü bildirib ki, müdaxilə edən şəxs sonda uçuşdan çıxarılıb. "Təhlükəsizlik bizim əsas prioritetimizdir və siqaret çəkməmək siyasətimiz ciddi şəkildə tətbiq edilir", - deyə aviaşirkət əlavə edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Təyyarədə qadağanı pozdu reysdən qovuldu


RƏYLƏR