Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna rusların 157 milyonluq hava hədəfini məhv etdi

Ukrayna rusların 157 milyonluq hava hədəfini  məhv etdi

Tarix: 10 Sentyabr 2022 19:20

Son bir neçə sutka ərzində Ukrayna ordusu düşmənin (Rusiya ordusu - red.) 157,5 milyon dollarlıq hava texnikasını məhv edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna SQ məlumat yayıb.

Bildirilib ki, söhbət qanadlı raket, təyyarə və helikopterlərdən gedir.

"5 sentyabrda 6 ədəd X-101 qanadlı raketi buraxılıb, onun 5-i havada məhv edilib. X-101-in birinin qiyməti 13 milyon dollardır, 6 ədədi 78 milyon edir.

Bundan başqa: 600 min dollar dəyərində X-59 raketi, 2 ədəd Ka-52 zərbə helikopteri (32,4 milyon dollar), bir ədəd Mi-24 (12,5 milyon dollar), o cümlədən bir Su-25 təyyarəsi (33 milyon dollar) vurulub.

Bundan başqa, 10 ədəd "Orlan-10" PUA-sı (ümumi məbləğ 1 milyon) məhv edilib".

Qeyd edək ki, bundan öncə Ukrayna Rusiyanın 57 milyon dollar dəyərində olan "Moskva-1" radioelektron mübarizə vasitəsini məhv etdiyini açıqlamışdı. "Moskva-1" sistemindən Rusiya ordusunda cəmi 9 ədəd vardı.

Milli.Az


Etiketlər:  Ukrayna rusların 157 milyonluq hava hədəfini məhv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ