Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karl, yoxsa Çarlz - Hansı düzgündür?

Karl, yoxsa Çarlz - Hansı düzgündür?

Tarix: 10 Sentyabr 2022 23:22

Böyük Britaniyanın kralı III Çarlzın "Karl" yoxsa "Çarlz" adlandırılması dünya gündəminin müzakirə olunan əsas mövzulaırndadır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məsələyə ilk aydınlıq Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons tərəfindən gətirilib. O bildirib ki, kralın III Çarlz adlandırılması daha düzgündür:

"İngilis dilində kralın adı Çarlz kimi səslənir və biz onu III Çarlz kimi adlandırmağa davam edəcəyik".

Səfir əlavə edib ki, bununla belə, monarxın adının necə səsləndiriləcəyi ilə bağlı son qərarı dilçilər tərəfindən verilməlidir.

"Ancaq ingilis dilində biz onu Kral Çarlz, yəni III Çarlz adlandıracağıq", - səfir bildirib.

Milli.Az


Etiketlər:  Karl yoxsa Çarlz Hansı düzgündür


RƏYLƏR