Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2 güləşçimiz dünya çempionu ola bilər

2 güləşçimiz dünya çempionu ola bilər

Tarix: 11 Sentyabr 2022 09:48

Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə start verəcək.

Sonxeber.net report-a istinadən xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) cütünün qalibi ilə üz-üzə gələcək.

67 kq-dakı Həsrət Cəfərov 1/16 finalda Dieqo Martineslə (Meksika) görüşəcək. 82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov 1/8 finalda Sultan Damen (İordaniya) / Yuya Okajima (Yaponiya) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Nəhayət, 97 kq-dakı Arif Niftullayev 1/16 final mərhələsində Daniel Qastlinin (Avstriya) müqavimətini qırmağa çalışacaq.

Bu gün həmçinin 55 kq-dakı Eldəniz Əzizli və 72 kq-dakı Ülvi Qənizadə final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə və Serbiya güləşçisi Ali Arsalan ilə qarşılaşacaqlar.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.


Etiketlər:  güləşçimiz dünya çempionu bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ