Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransadan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Fransadan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Tarix: 12 Sentyabr 2022 07:18

Fransa Zaporojye AES-in ətrafındakı ərazinin hərbsizləşdirilməsinin tərəfdarıdır.

Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə Fransanın energetika naziri Aqnes Panye-Ryunaşe RTL radiostansiyasının efirində bildirib.

"Biz Zaporojye AES ərazisinin hərbsizləşdirilməsini qətiyyətlə tələb edirik. Bu, kollektiv şəkildə həll edilməli olan mühüm məsələdir", - Panyer-Ryunaşe bildirib.

O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron sentyabrın 10-da ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Parisin mövqeyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 11-nə keçən gecə Kiyev vaxtı ilə saat 03:41-də Zaparojye Atom Elektrik Stansiyasının (AES) sonuncu - altıncı bloku da dayandırılıb. Hazırda AES-in soyudulması prosesinə hazırlıq görülür. Zaparojye AES-in Ukrayna elektrik şəbəkəsi ilə bütün bağlantılarının bölgədəki döyüşlər səbəbindən zərər gördüyü qeyd edilir.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Enerqodarda yerləşən AES hazırda Rusiya qoşunlarının nəzarəti altındadır.


Etiketlər:  Fransadan Ukrayna ilə bağlı ÇAĞIRIŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ