Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaşda mal-qara otarmağa yer tapılmır - VİDEO

Ağdaşda mal-qara otarmağa yer tapılmır - VİDEO

Tarix: 12 Sentyabr 2022 16:24

Ağdaşda sakinlər mal-qaralarını otarmaq üçün yer tapmırlar. Səbəb isə otlaq sahələrinin qanunsuz olaraq zəbt olunmasıdır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Ağdaş rayonu Pirəyir kənd sakinləri onlara məxsus örüş sahələrindən istifadə edə bilmədiklərini deyirlər. Mal-qaralarını otarmağa yer tapmadıqları üçün heyvanlar kəndin küçələrdə qalıb.

Sakinlərin sözlərinə görə, 1998-ci ildə aparılan torpaq islahatı nəticəsində kənd sakinlərinin mal-qarası üçün ayrılmış 35 hektar otlaq sahəsi mənimsənib.

Otlaq sahələri zəbt olunduğu üçün sakinlər mal-qaralarını magistral yolun kənarında otarmalı olurlar. Bu da bir çox hallarda heyvanların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb ola bilir.

Adı örüş sahələrinin zəbt olunmasında hallanan Bəhərçin Kərimov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən torpaqlar otlaq yox, bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahələrdir. Həmin ərazi 16 hektardır və bu da 2007-ci ildə bələdiyyə tərəfindən satışa çıxarılaraq qanuni şəkildə notarial qaydada alınıb. Hazırda isə həmin torpaqları müqavilə əsasında həmkəndlisi Rövşən Məmmədov adlı şəxsə icarəyə verib. Qarşılıqlı ittihamlara son qoymaq üçün hazırda işi hüquq mühafizə orqanları araşdırır.

Torpağın əsl sahibinin kim olduğu istintaqın yekununda bəlli olacaq.

Milli.Az


Etiketlər:  Ağdaşda qara otarmağa tapılmır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ