Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 16:52
Rusiyalı qadın Azərbaycana səfər edib və çox razı qalıb.
Sonxeber.net bildirir ki, turistin icmalını "Yandex.Zen" platformasında "Turizmin incəlikləri" portalı dərc edib.
Turistin sözlərinə görə, bu, "münasib qiymətə dəbdəbəli tətil" olub. Bakıda dördulduzlu oteldə iki nəfərlik bir həftəlik tur ona 89 min rubla (təxminən 1470 dollar) başa gəlib.
Səyyah bildirib ki, Azərbaycanın paytaxtı ona müasirliyin çoxəsrlik tarixlə dinc yanaşı yaşadığı İstanbulu xatırladıb. O, muzeylərə, bazarlara və restoranlara baş çəkməyi, yerli geyim mağazalarına getməyi məsləhət görüb.
Qız qeyd edib ki, respublikada rublla ödəniş mümkün olmayacaq, "Mir" kartı da işləmir, ona görə də özünlə dollar aparmağı məsləhət görüb. Nəşr bildirir ki, restoranlarda menyular rus dilindədir, işçilərin 90 faizi ingiliscə yaxşı danışır.
Rusiyalı qadın vurğulayıb ki, ölkədə heç kim bəxşiş istəmir, hətta bununla bağlı eyham belə vurmur.
Bundan əvvəl, avqustun 18-də məlum olub ki, ruslar kütləvi şəkildə yayda Azərbaycana tətilə axışıblar. Qeyd olunur ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə respublikaya səyahətə maraq 2 dəfə artıb.
İrfan Vəliyev