Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 19:05
Aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günayla bağlı paylaşım edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, birlikdə görüntülərini izləyicilərlə bölüşən Zaur "qadın" anlayışı haqqında fikirlərini bildirib.
Baxşəliyev paylaşımında bunları qeyd edib:
"Doğulandan ölənə qədər qadının hayatındakı roluna bax! Səni dünyaya gətirən qadın, sənə süd verən qadın, sənin min bir əziyyətini çəkən qadın, yolunu gözləyən qadın, səni ata edən-qadın, səni bir ömür boyu gözləyən qadın, sən öləndə ən çox ağlayan qadın! Qadın torpaq kimidir, nə əksən, onu da biçəcəksən. Qadına əl qaldırmazdan öncə ananı, bacını və qızını düsün! Qadına əl qaldırmazdan öncə onun əlini sənin əlinə bağlayan, bir kişi kimi etibar edən atanı düşün! Qadına əl qaldırmazdan öncə düşün... Səbr et, dinlə, danış, anla, sev!".