Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhəddə təxribat törədən Ermənistanın diplomatik riyakarlığı - TƏHLİL

Sərhəddə təxribat törədən Ermənistanın diplomatik riyakarlığı -  TƏHLİL

Tarix: 13 Sentyabr 2022 08:15

Azərbaycan-Ermənistan sərhədində təxribat törədib hərbi toqquşma yaradandan sonra Ermənistan növbəti diplomatik riyakarlığa başlayıb.

Rusiya prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makrona zəng edən Paşinyan daha sonra Təhlükəsizlik Şurasının iclasını keçirib.
İclasda Ermənistan prezidenti Vaaqn Xaçaturyan və spiker Alen Simonyan da iştirak edib.

Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Rusiyaya müraciət etmək barədə qərar qəbul edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Ermənistan hər dəfə üçtərəfli danışıqların ruhuna zidd olaraq, təxribatlar törədir, revanşist cəhdlər edir. Azərbaycan ərazilərinə diversiya sızmaları etməyə cəhd göstərir, əraziləri minalamağa çalışır, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz silahlı dəstələrə hərbi texnika və əsgəri dəstək göstərir.

Beynəlxalq ictimaiyyəti aldadaraq, yalan və riyakar bəyanatlar verən Ermənistan hərbi siyasi rəhbərliyi informasiya təxribatını da davam etdirir.

Bu gün Ermənistan növbəti dəfə dövlət sərhədində toqquşmalara səbəb olmaqla yanaşı, informasiya təxribatı ilə məşğul olaraq, Azərbaycanın "Ermənistan ərazisini atəşə tutması" və "təcili tibbi yardım maşınına atəş açması" barədə feyk xəbərlər yayıb.

Azərbaycan Müdafiə Nazirliyi hər iki yalanı ifşa edib.

Ermənistan rəhbərliyi isə diplomatik riyakarlığı ilə beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün səylərini davam etdirir.
Paşinyanın ardınca xarici işlər naziri Ararat Mirzoyan da rusiyalı həmkarı Sergey Lavrova zəng edərək, İrəvanın törətdiyi təxribatı Azərbaycanın ayağına yazmağa, əzabkeş obrazına girməyə çalışıb. Ermənistan bu məsələdə xaricdəki diaspor təşkilatlarını, lobbilərini, xüsusilə ermənipərəst siyasətçiləri də prosesə qoşub. Artıq ermənipərəst konqresmenlər, fransız siyasətçilər Azərbaycan əleyhinə ənənəvi bəyanatlarını səsləndirməyə başlayıblar. Görünən budur ki, Ermənistan sərhəddə təxribatları planlaşdırarkən paralel olaraq siyasi-diplomatik həmlələri də hazırlayıb və hazırda bu istiqamətdə də fəaliyyətini davam etdirməkdədir.


Etiketlər:  Sərhəddə təxribat törədən Ermənistanın diplomatik riyakarlığı TƏHLİL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ