Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeniyetmələri narkotikə həvəsləndirən şəxs tutuldu - FOTO

Yeniyetmələri narkotikə həvəsləndirən şəxs tutuldu - FOTO

Tarix: 14 Sentyabr 2022 13:54

Yeniyetmə və gənclər arasında narkotikdən istifadə ilə bağlı təbliğat aparan şəxs tutulub.

Milli.Az xəbər verir ki, Abşeron RPİ-nin Saray Polis Bölməsinin keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 2 kiloqram olan  marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Cavid Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Cavid Əliyev barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Yeniyetmələri narkotikə həvəsləndirən şəxs tutuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ