Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 16:45
Əməkdar artist Aybəniz Haşımova Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədovla bağlı ürəkdağlayan paylaşım edib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, şəhidin fotosunu sosial şəbəkə hesabında yayımlayan sənətçi fikirlərini belə ifadə edib.
"Sos kəndində böyüyüb bu balamız. Nə anası, nə də ki, atası var. Allahdan yox, bəndələrdən qurma bir ailəsi var idi. Bir necə atılmışlardan qurulan bacı, qardaş və onlara baxacaq qadın, hansı ki, o körpələr ona ana deyib çağırırdılar.
Dəfələrlə kənardan müşahidə etmişəm və öz-özümə sizi buralara atıb gedən anaya, ataya nə deyəsən ki, adamın ürəyi soyuya demişəm. Həmin o, vaxtilə atdığın oğul şəhid olub. İndi gəl heç olmuya balanı bağrına bas ağla, ey qadın. Axı, indi onu sənin kimi ağlayan olmayacaq.
Dünən 50 şəhidin xəbəri qəlbimi param-parca edib. Allaha ağır getməsin əllərim yanıma düşüb, heyim qalmayıb.
Qeyd edək ki, Səbuhi Əhmədov bu gün Bakıda, İkinci Fəxri xiyabanda dəfn edilib.