Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvadakı Azərbaycan İcması Ermənistanın hərbi təxribatını pislədi

Moskvadakı Azərbaycan İcması Ermənistanın hərbi təxribatını pislədi

Tarix: 15 Sentyabr 2022 20:20

Rusiya paytaxtında fəaliyyət göstərən Moskva Azərbaycanlıları İcması ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyevin adından yayılmış bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.

Qeyd edilib ki, Rusiyada yaşayan Azərbaycan icması yaranmış duruma görə dərin narahatlıq hissi keçirir, çünki beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz qabağındadır.

İcma rəhbəri dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyması və sülhə sövq edilməsi istiqamətində təzyiqlərini artırmağa və əməli addımlar atmağa çağırıb


Etiketlər:  Moskvadakı Azərbaycan İcması Ermənistanın hərbi təxribatını pislədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ