Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 21:00
Güney azərbaycanlıların göndərdiyi məlumata görə, general İsmail Xəlilzadə İranın hərbi müşavirlərinin nümayəndəsi olaraq, general Əhmədi isə "Həmzə Qərargahının" əməliyyat və kəşfiyyat üzrə məsul şəxsi kimi təcavüzkar Ermənistan ordusunun yüksək rütbəli komandirləri ilə yaxından əməkdaşlıq edirlər.
Sonxeber.net bildirir ki, general Əhmədi SEPAH-ın ən əsas komandirlərindən sayılır və bir müddət Suriya Hərbi Hava Qüvvələrində zabitlərin kəşfiyyat üzrə müşaviri vəzifəsini yerinə yetirib. Bəşər Əsədin qardaşının komandanlığı altında olan Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat bölməsi Suriyanın ən amansız və qaniçən qüvvələrindən hesab olunur və məhkəməsiz edamlar bu bölmə tərəfindən həyata keçirilirdi.
İndi isə general Əhmədi və İsmail Xəlilzadənin başçılıq etdiyi nümayəndə heyəti SEPAH-ın kəşfiyyat zabiti ilə birlikdə təcavüzkar Ermənistan ordusunu Azərbaycanın şiə müsəlmanlarına qarşı gücləndrmək üçün İrəvana uçub.
Məlumatlar göstərir ki, İran ordusunun dron qüvvələri də bölgədədir və Sepahın Xasavadakı raket bölməsi də döyüş hazırlığı vəziyyətinə gətirilib.
Ötən günlər ərzində İranın hərbi konvoyları mərkəzdən şimal-qərbə və Azərbaycan sərhədlərinə doğru göndərilib.
İran İslam Respublikasının və SEPAH-ın Azərbaycanın müsəlmanlarına qarşı işğalçı və təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləməsi Cənubi Azərbaycan türklərinin kəskin hiddətinə və mərkəzlə aralarında dərin uçurumun yaranmasına səbəb olub.