Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pelosi İrəvana gəlir: Bakıya, yoxsa Kremlə mesajdır?

Pelosi İrəvana gəlir: Bakıya, yoxsa Kremlə mesajdır?

Tarix: 16 Sentyabr 2022 13:02

Pelosinin erməni lobbisi ilə əlaqələri məlum faktdır, İrəvana gəlib, Azərbaycan əleyhinə açıqlamalar verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərə hazırlaşması ilə bağlı şərhində qeyd edib.

O bildirib ki, Nensi Pelosinin İrəvana səfəri Bakıdan daha çox, Kremli düşündürəcək:

"Vaşinqton Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün var gücüylə çalışır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin bir müddət əvvəl İrəvana sirli səfəri də (Uilyam Börns İrəvana 15 iyulda səfər etmişdi - red.) bununla əlaqəli idi. Kremlin düşmənlərindən sayılan Pelosi İrəvana səfəri ilə Paşinyana ayı xidməti göstərəcək".

Milli.Az


Etiketlər:  Pelosi İrəvana gəlir Bakıya yoxsa Kremlə mesajdır


RƏYLƏR