Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 14:18
Şuşada yeni ilk yaşayış kompleksinin layihələndirilməsi başlanılıb.
Sonxeber.net "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxış edərkən Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Onun sözlərinə görə, ümumilikdə bu günə Şuşada 19 çoxmənzilli qəzalı yaşayış binası sökülüb.
"Buna paralel olaraq şəhərdə sosial infrastruktur da - yeni məktəb binası, xəstəxana, yeni məscid kompleksi, mehmanxana, konfrans mərkəzi tikilməkdədir. Şuşada 23 çoxmənzilli binaların inşasına başlanılıb. Onların ümumi sahəsi 60 min kvadratmetr olacaq və 450 mənzildən ibarət olacaq. Bu yaşayış massivinin təhvil verilməsi gələn ilin sonuna gözlənilir. Beləliklə işğal nəticəsində öz doğma yurdundan məcburi köçkün düşənlər öz doğma yurdlarına qayıtmağa başlayacaqlar", - deyə Aydın Kərimov qeyd edib.