Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava - 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava - 7 futbolçu diskvalifikasiya olunub

Tarix: 16 Sentyabr 2022 16:54

AFFA-nın İntizam Komitəsi U-17 Liqasında yaşanan xoşagəlməz hadisənin günahkarları cəzalandırıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, insident V turun "Kəpəz" - "Qarabağ" oyununda baş verib.

Görüşün 86-cı dəqiqəsində bir qrup futbolçunun iştirakı ilə kütləvi dava-dalaş baş verib. Nəticədə hakim 7 nəfərə - "Kəpəz"in qapıçısı Cəfər Abbasov, futbolçuları Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov, həmçinin "Qarabağ"ın oyunçuları Elton Babazadə, Kamil Sadiqov, Sabir Rzazadə qırmızı vərəqə verib.

AFFA bu oyunçuların hamısını cəzaya layiq görüb. Hər oyunçu 6 matçlıq diskvalifikasiya edilib.


Etiketlər:  Kəpəz Qarabağ oyununda kütləvi dava futbolçu diskvalifikasiya olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ