Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saçlarınız quruyub və qırılırsa bunları edin

Saçlarınız quruyub və qırılırsa bunları edin

Tarix: 18 Sentyabr 2022 12:03

Saç tökülməsinin, qurumasının qarşısını almaq heç də çətin və ya bahalı prosedur deyil. Bunu ev şəraitində asanlıqla edə bilərsiniz. Tənbəl olmayan xanımlar bu bəladan ev şəraitində asanlıqla qurtula bilərlər.

Sonxeber.net Axşam.az-a istinadən saçlarınızdakı problemi aradan qaldırmanız üçün bəzi məsləhətlər təqdim edir:

· Əgər saçlarınız hansısa vitamin çatışmaşlığı səbəbindən tökülürsə, bu zaman çoxlu ət, meyvə, ən əsası alma, göyərti yeməyiniz məsləhətdir. 

· Zeytun yağını saçınızın dibinə çəkib, 20 dəqiqə saxladıqdan sonra həmin tərkibli şampunla yuyun.

· Zəncəfil şirəsini küncüd yağı ilə qarışdırıb, saçın diblərini onunla masaj edin. 10 dəqiqə saxladıqdan sonra yuyun.

· Bir soğanı sıxıb, şirəsini çıxarın. Üzərinə gənəgərçək yağı, 1 ədəd yumurtanın sarısını əlavə edib, qarışdırın. Gənəgərçək yağını zeytun yağı ilə də əvəz etmək olar. Saçınızı yumazdan 45 dəqiqə əvvəl bu qarışığı diblərinə sürtün, sonra saçlarınızı selofanla örtüb, dəsmalla bağlayın. Bunu ayda bir dəfə etməyiniz məsləhətdir.

· Yarım stəkan quru kəklikotunu toz halına gətirib, üzərinə iki stəkan qaynar mineral su əlavə edin. Qarışıq dəmlənib, soyuduqdan sonra süzgəcdən keçirin. Başınızı yuduqdan sonra dəmləməni başınızın diblərinə  sürtüb, masaj edin. Başınızı dəsmalla bağlayın və 15 dəqiqə saxladıqdan sonra saçlarınızı yuyun.


Etiketlər:  Saçlarınız quruyub qırılırsa bunları edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ