Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2022 14:08
Ukraynada gedən müharibə zamanı 390-a yaxın uşaq həlak olub .
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hərbi əməliyyatlar zamanı ümumilikdə 1 145-dən çox uşaq zərər çəkib.
Ən çox uşaq Donetsk vilayətində (394 nəfər), Xarkovda (218 azyaşlı), Kiyevdə (116 uşaq), Nikolaevskdə (72), Çerniqovda (68), Luqanskda (61), Xersonda (55), Zaporojyedə (46), Dnepropetrovskda (26) zərər çəkib.
Bildirilir ki, bir neçə gün əvvəl Xerson şəhərinin atəşə tutulması nəticəsində 8 və 12 yaşlı iki qızı olan bir ailə həlak olub.
Xarkov vilayətinin İzyum şəhərində hərbi cinayətlərin üstü açılarkən 5 və 8 yaşlı iki qız uşağı olan bir ailənin öldüyü aşkarlanıb.