Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ana oğlu tərəfindən girov götürüldü - VİDEO

Türkiyədə ana oğlu tərəfindən girov götürüldü - VİDEO

Tarix: 18 Sentyabr 2022 15:54

Türkiyənin İstanbul şəhərində ana oğlu tərəfindən girov götürülüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə İstanbulun Şişli rayonunda baş verib. Oğlu anasını bıçaqla hədələyərək otağa qapadıb və çölə buraxmayıb. Onun psixoloji problemləri olduğu qeyd edilib.

Hadisə yerinə polis qrupları cəlb edilib. Ətrafda geniş təhlükəsizlik tədbirləri görülüb. Küçədə piyada və avtomobillərin hərəkəti dayandırılıb.

Təxminən iki saat davam edən cəhdlərdən sonra şübhəli şəxs qapını açmağa razı salınıb. Qadın xilas olunub. Oğlu qapını açaraq anasını buraxıb.

Kiçik sıyrıqları olan şəxs təcili yardımla xəstəxanaya göndərilib. Anası isə ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Hadisədən təşvişə düşən vətəndaşlar baş verənləri sanki film izləyirmiş seyr ediblər.


Etiketlər:  Türkiyədə oğlu tərəfindən girov götürüldü VİDEO


RƏYLƏR